Abduləzimova Dilarə Azər qızı 1978-ci ildə Bakı şəhərində anadan olmuşam. 1996-cı ildə Azərbaycan Dövlət Tibb Universitetinin stomatologiya fakultəsinə daxil olmuşam 2001-ci universiteti bitirmişəm, 2002-ci ildə internaturanı bitirmişəm.
2002-2003-cu illərdə 16 saylı şəhər poliklinikasında həkim-stomatoloq kimi çalışmışam, ardıcıl olaraq 20 il həkimlik təcürbəm var. 2017-2018-ci ildə Moskvada, 2018-2019-cu ildə Varşavada təcürdə keçib ortodontiya sahəsində master səviyyəsi,Hacettepe Universitesi Dişhekimliği Fakültesi, Ankara, və digər beynalxalq konfrans və seminarların iştirakçısı olmuşam.
2021-2023-cü illərdə Azərbaycan Ortodonti Dərnəyinin sədri, 2017-ci ildən ortodontik tədrislə məşğulam, Bakıda, Tbilisidə və digər keçirilmiş seminar ve konfranslarda məruzəçi spiker kimi çıxış etmişəm, 2018-2022-ci illərdə Arash Estetikin direktoru vəzifəsində, 2022-ci ildən hal-hazırda Ortho Way klinikasının direktoru vəzifəsində çalışıram.
Zəng ilə növbə
Mükafat qazanan
Diş Baxımı
1-ci sinif alətləri